DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqalarına satılıb - MƏHKƏMƏ

DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqalarına satılıb - MƏHKƏMƏ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
28 İyun , 2019 12:15
DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqalarına satılıb - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elvin Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev ifadə verib.

"Risk" şirkətində anbardar işlədiyini deyən şahid vəzifəsinin anbarda mallara nəzarət etmək olduğunu deyib.

O qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın hara, kimə, neçəyə satılmasından xəbəri yoxdur.

Şahid N.Seyfullayev Elvin Məmmədovu yaxşı işçi kimi tanıdığını bildirib.

Məhkəmədə şirkətin digər əməkdaşı Samir AşımovTofiq Məmmədov da oxşar ifadə veriblər.

Şahidlərin ifadələrindən məlum olub ki, "yox" olan malların müəyyən hissəsi Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlığının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Məlum olub ki, kompüter avadanlığı DİM-ə yox, başqa bir quruma göndərilib.

Elvin Məmmədov da bunu etiraf etsə də, bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.

Proses iyulun 2-də davam edəcək.

Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlığının satışını həyata keçirən "Happy Baku" MMC-də işləyib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.

Son xəbərlər

Orphus sistemi