Qubada yarım tondan çox narkotik bitkiləri becərən şəxslər saxlanılıb - VİDEO

Qubada yarım tondan çox narkotik bitkiləri becərən şəxslər saxlanılıb - VİDEO Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.
Hadisə
4 İyul , 2021 12:59
Qubada yarım tondan çox narkotik bitkiləri becərən şəxslər saxlanılıb - VİDEO

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox olan 1 235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi