Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs vəfat edib - YENİLƏNİB

Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs vəfat edib - YENİLƏNİB Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
12 İyun , 2024 08:26
Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs vəfat edib - YENİLƏNİB

Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan piyada 1955-ci il təvəllüdlü Ş.Mustafayeva aldığı yaralardan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, toqquşan avtomobilərdən biri idarəetmədən çıxaraq piyadanı vurub. Hadisə nəticəsində daha 2 nəfər, "Mercedes" markal avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü M.Mahmudov və 1964-cü il təvəllüdlü İ.Musayev də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

23:59

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə mərkəzi prospektlərin birində qeydə alınıb.

"Ford" və digər minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İ.Musayev, 1955-ci il təvəllüdlü Ş.Mustafayeva və 1999-cu il təvəllüdlü Mayıl Mahmudov xəsarət alıb.

Zərərçəkən 3 nəfərdən Ş.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənlər təcili tibbi yardım briqadası və yaxınlıqdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi