DİN: "Cərimə borcu olan sürücü özünü yandırmağa cəhd edib"

DİN: "Cərimə borcu olan sürücü özünü yandırmağa cəhd edib" Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər DYPİ-yə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib.
Hadisə
16 Dekabr , 2021 16:32
DİN: Cərimə borcu olan sürücü özünü yandırmağa cəhd edib

"Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib".

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır. Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib", - Mətbuat Xidmətindən bildirilib.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi