Bakı şəhəri, Nəsimi rayon Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini (BNA) məhkəməyə verib.
"Report"un xəbərinə görə, Bələdiyyə “öhdəliyin qoyulması” tələbinə dair elektron iddia ərizəsi ilə 1 saylı Bakı
İddiaçı Bakı Nəqliyyat Agentliyinin üzərinə 2019-cu ilin yanvar ayından Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərməsi ilə əlaqədar hər bir nəqliyyat vasitəsi üçün sutkada 0.1 manat ödəniş etməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Nəsmi Bələdiyyəsi bunu "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırıb.
Sözügedən qanunun 9.1.5-ci maddəsi bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişi müəyyənləşdirir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.
Hakim Fərid Mədətlinin sədrlik etdiyi iclasda məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, Nəsimi Bələdiyyəsi cavabdehə qarşı olan tələbinin məzmununu aydın şəkildə təsvir etmədiyinə görə, elektron qaydada daxil olmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır.