Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Hadisə
  • 14 mart, 2024
  • 05:02
Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, 1970-ci il təvəllüdlü Elçin Məmmədov, rayonun Ramazanlı kəndində yerləşən fərdi yaşayış evində olan hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.