Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 02 mart, 2024
- 20:53
Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.
Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.
22:40
Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.
Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.
Fakt araşdırılır.