Narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxslərdən 26 kiloqram marixuana aşkarlanıb

Narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxslərdən 26 kiloqram marixuana aşkarlanıb Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Hadisə
17 İyul , 2024 17:04
Narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxslərdən 26 kiloqram marixuana aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rəşad Ramazanov və narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Molla Quliyev tutulublar. Onlardan ümumilikdə 26 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotiklərin dövriyyəsində istifadə edilən bank kartları aşkarlanıb.
R.Ramazanov və M.Quliyev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə birgə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi