Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB
- 21 dekabr, 2025
- 23:45
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri bəlli olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 2003-cü il təvəllüdlü Sahil Şükürov, 2004-cü il təvəllüdlü Xalid Əliyev, 2005-ci il təvəllüdlü Sənan Şükürov xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.