Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi

Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi Xətai Rayon Məhkəməsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirləndirilən Mehdi İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. 
Hadisə
19 Avqust , 2020 16:20
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Mehdi İbrahimov

Xətai Rayon Məhkəməsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirləndirilən Mehdi İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. 

“Report” xəbər verir ki, hakim İbrahim İbrahimli vəkil Aqil Layıcın vəsatətini təmin edib. 

Qərara əsasən, M.İbrahimov barədə seçilən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. 

Qeyd edək ki, iyulun 14-də Bakıda keçirilən orduya dəstək aksiyasından sonra saxlanılan Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham evrilib.

Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, M.İbrahimov AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin oğludur. 
 

Son xəbərlər

Orphus sistemi