Marketdə yeyinti məhsullarını yararsız hala salanlar tutuldu

Marketdə yeyinti məhsullarını yararsız hala salanlar tutuldu Marketdə yeyinti məhsullarını yararsız hala salıb, sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb
Hadisə
5 May , 2021 09:50
Marketdə yeyinti məhsullarını yararsız hala salanlar tutuldu
Rüstəm Orucov və Xəyalə Vəliyeva

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov "Report"a bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri - Rüstəm Orucov Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi