Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb Lənkəranda avtomobil piadanı vuraraq öldürüb.
Hadisə
23 Fevral , 2024 23:15
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Şağlaser kəndində baş verib.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi naməlum avtomobil vuraraq xəsarət yetirib. Hadisədən xəbər tutan kənd sakinləri təcili yardıma zəng vurublar. Lakin yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən sürücü ərazidən yayınıb. Lakin keçirilən tədbirlər zamanı onun kimliyi müəyyən olunub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi