Lənkəranda 4 il əvvəl bacısını öldürən şəxs: "İki il sonra qəbiri açdım və bacımın sümüklərini dənizə atdım" - YENİLƏNİB - FOTO

Lənkəranda 4 il əvvəl bacısını öldürən şəxs: "İki il sonra qəbiri açdım və bacımın sümüklərini dənizə atdım" - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırmalar davam edir
Hadisə
4 Yanvar , 2017 17:30
Lənkəranda 4 il əvvəl bacısını öldürən şəxs: İki il sonra qəbiri açdım və bacımın sümüklərini dənizə atdım - YENİLƏNİB - FOTO

Lənkəran. 4 yanvar. REPORT.AZ/ Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb. 

"Report"un Cənub bürosunun xəbərinə görə, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib. 

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb. 

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb. 

Faktla bağlı araşdırmalar davam edir.


*** 10:26

Lənkəran rayonunda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyiti Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib. 

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyiti basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi