İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB İsmayıllı rayonunda yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Hadisə
20 Avqust , 2024 22:52
İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

İsmayıllı rayonunda avtomobilin aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan"Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov ölüb, Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

20:24

İsmayıllı rayonunda yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə qəza zamanı avtomobildə olanlardan bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi