İsmayıllıda ölümlə nəticələnən yol qəzası ilə əlaqədar cinayət işi başlanılıb - YENİLƏNİB

İsmayıllıda ölümlə nəticələnən yol qəzası ilə əlaqədar cinayət işi başlanılıb - YENİLƏNİB İsmayıllı rayonunda ağır yol qəzası olub, xəsarət alanlar var.
Hadisə
20 Avqust , 2024 15:27
İsmayıllıda ölümlə nəticələnən yol qəzası ilə əlaqədar cinayət işi başlanılıb - YENİLƏNİB

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

İsmayıllı şəhərində avqustun 20-də saat 14 radələrində “BMW” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1953-cü il təvəllüdlü Rəhimov Məhəmməd Abdul oğlu hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

15:05

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayon mərkəzinin H.Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, "BMW" və “VAZ 2106” markalı avtomaşınlar toqquşub. Nəticədə “VAZ”ın sürücüsü Rəhimov Məhəmməd Abdul oğlu hadisə yerində ölüb.

"BMW"nin sürücüsü Elməddin Məmmədli isə ağır bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi