Hərbi Polisin həbsdə olan sabiq maliyyə xidmət rəisi barəsindəki hökmdən apellyasiya şikayəti verib

Hərbi Polisin həbsdə olan sabiq maliyyə xidmət rəisi barəsindəki hökmdən apellyasiya şikayəti verib Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyev apellyasiya şikayəti verib
Hadisə
18 İyul , 2024 13:49
Hərbi Polisin həbsdə olan sabiq maliyyə xidmət rəisi barəsindəki hökmdən apellyasiya şikayəti verib

Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyev barəsindəki hökmdən apellyasiya şikayəti verib

Bu barədə “Report”a onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, Sadiq Hacıyev barəsində Bakı Hərbi Məhkəməsinin hökmdən şikayət verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, S.Hacıyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

Son xəbərlər

Orphus sistemi