Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib
Hadisə
- 07 aprel, 2025
- 18:24
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.
"Report" xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.
Son xəbərlər
10:43
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
Mədəniyyət siyasəti10:37
Murad Hüseynov: Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcılıq əməkdaşlığına töhfə verəcək
Mədəniyyət siyasəti10:35
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43%-ə yaxın artırılır
Maliyyə10:29
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:21
İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
Digər ölkələr10:17
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
Mədəniyyət siyasəti10:16
Foto
Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn aydan start veriləcək"
İKT10:12
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub
Hadisə10:09
Foto