Hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib
Hadisə
- 07 aprel, 2025
- 18:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.
"Report" xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.
Son xəbərlər
11:54
Vergi rəsmisi: "Mikro sahibkarlar mobil həllərlə bəyannamə verə biləcəklər"
Biznes
11:53
Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir
İnfrastruktur
11:53
Tbilisidəki partlayışda dağıntılar altında qalanların olduğu güman edilir - Yenilənib
Region
11:52
Azərbaycanda "Yoldaş" innovativ rəqəmsal mütaliə platforması yaradılıb
İKT
11:51
Paşinyan: Yeni konstitusiyanın ilkin layihəsi gələn həftə dərc olunacaq
Region
11:49
Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
İnfrastruktur
11:49
"Anglo Asian Mining" "Qoşa" və "Ordubad" müqavilə sahələrini Azərbaycan hökumətinə qaytaracaq
İqtisadiyyat
11:48
Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik
Daxili siyasət
11:46
Foto
Azərbaycan COP31-də turizm müzakirələrinə qatılıb
Turizm