Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir
- 19 noyabr, 2026
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı vahid ölkə modelini tətbiq etmək mümkün deyil.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir: "Xüsusilə Xorvatiya və Cənubi Koreyanın idarəetmə və rəqəmsal monitorinq sistemlərinə diqqət yetirilir. Hər bir ölkənin sahilboyu ərazilərinin xüsusiyyətləri və idarəetmə mexanizmləri fərqli olduğundan, konkret bir dövlətin modelini olduğu kimi Azərbaycanda tətbiq etmək məqsədəuyğun deyil".