Hacıqabulda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Hacıqabulda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
13 Aprel , 2019 01:13
Hacıqabulda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat  hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş rayon Qoşaqovaq kənd sakini Xəyal Məmmədovu “Range Rover” markalı avtomobil vurub. 

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib. 


*** 00:21

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, Ağdaşdan Bakı istiqamətində hərəkətdə olan avtomobil Hacıqabul ərazisində dayanıb. Bir nəfər tualetə getmək üçün maşından düşərək yolun qarşı tərəfinə keçib. geri qayıdarkən onu maşın vurub. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 


Son xəbərlər

Orphus sistemi