Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB
- 20 dekabr, 2023
- 12:12
Hacıqabulda traktorun aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, o, rayon sakini - 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.
Faktla bağlı araşdırma aparılır.
15:41
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.