​Hacıqabulda avtobusun aşması nəticəsində xəsarət alanların adları məlum olub - SİYAHI

​Hacıqabulda avtobusun aşması nəticəsində xəsarət alanların adları məlum olub - SİYAHI Yaralılar quşçuluq fabrikinin qadın əməkdaşlarıdırlar
Hadisə
19 Oktyabr , 2015 23:14
​Hacıqabulda avtobusun aşması nəticəsində xəsarət alanların adları məlum olub - SİYAHI

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində avtobus qəzaya uğrayıb.

"Report" xəbər verir ki, 24-AC-227 dövlət qeydiyyat nişanlı avtobus quşçuluq fabrikində işləyən fəhlələri daşıyarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Hadisə zamanı avtobusda 15 nəfər fəhlə olub. Onlardan 3 nəfəri - Hacıqabul sakinləri -1966-cı il təvəllüdlü Arzu Ağarıza qızı Abasova, 1966-ci il təvəllüdlü Dürdanə Ağadadaş qızı Abdullayeva və 1980-cı il təvəllüdlü Rəşidə Ağamalı qızı Qafarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Bundan əlavə daha 10 nəfər fəhlə xəstəxanaya gələrək həkimlərə müraciət edib və onlar ilk tibbi yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi