Göygöldə 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.
Hadisə
1 Avqust , 2021 10:02
Göygöldə 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə fəaliyyət göstərən kafelərin birində 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən gənc saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Quşqara kəndində Sənan İsmayılova kəsici ailətlə, onun qardaşı Əkbər İsmayılova isə pivə qədəhi ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs, 2001-ci il təvəllüdlü Kənan Axundov saxlanılıb.

Qeyd edək ki, tərəflər arasında mübahisə kafelərin birində yaranıb. Bu zaman S.İsmaylova kəsici ailətlə boğaz nahiyəsindən, qardaşına isə başından xəsarət yetirilib.

Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. S.İsmaylovun vəziyyəti kafi, qardaşının vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

31.07.2021. 23:11

Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində olub.

Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi