Şəmkirdən Goranboya qayıdan istixana işçiləri qəzaya düşüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Hadisə
  • 13 oktyabr, 2023
  • 16:56
Şəmkirdən Goranboya qayıdan istixana işçiləri qəzaya düşüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Göygöl rayonunda avtomobil qəzasına düşən şəxslər Şəmkir rayonundakı istixanalardan birində çalışırmışlar.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar işdən çıxıb "Mercedes" markalı mikroavtobusla Goranboy rayonuna doğru hərəkət edirmişlər. Bu zaman nəqliyyat vasitəsi Göygöl rayonu ərazisində "VAZ" markalı avtomobillə toqquşub.

Nəticədə biri azyaşlı olmaqla 12 nəfər xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Fidan Baxşəliyeva, 1984-cü il təvəllüdlü Günay Məhəmməd qızı Dəmirova, 1983-cü il təvəllüdlü Mətanət Ələkbər qızı Heydərova, 1972-ci il təvəllüdlü Səfaqət Mustafa qızı Ağayevanın vəziyyəti orta-ağır, digərlərinin isə vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

18:29

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onların arasında azyaşlı da olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

17:51

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.