Göyçayda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar “Volkswagen” markalı minik avtomobilinin sərnişini Soltanov Ramin Maarif oğlu və “Lada Priora” markalı minik avtomobilinin sürücüsü Rəhimov Ramin Müslüm oğludur.
Qeyd edək ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.