Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb: "Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbdə baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.