Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4

Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4 Gəncə şəhərində yaşayış evinə ildırım düşməsi nəticəsində bir nəfər ölüb.
Hadisə
18 Oktyabr , 2024 09:16
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4

Gəncədə mənzildə başvermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədə partlayış nəticəsində 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbdən şoka düşənlər də olub.

Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

08:32

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

08:03

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha üç nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

07:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

07:28

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı bir qadın ölüb, daha 3 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha bir nəfər xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi