Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma olub - TƏFƏRRÜAT

Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma olub - TƏFƏRRÜAT Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
2105
28 Yanvar , 2018 06:52
Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma olub - TƏFƏRRÜAT

Gəncə. 28 yanvar. REPORT.AZ/ Gəncə şəhərində baş verən bıçaqlanma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə dayı və onun yeniyetmə bacısı oğlu arasında qeydə alınıb.

2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu 1989-cu il təvəllüdlü dayısı İsmayılov Elnur Arzu oğlu ilə mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Nəticədə onlar bıçağa əl atıblar. Bu zaman bacıoğlu Arzu bıçaqla dayısı Elnurun boğaz nahiyəsinə xəsarət yetirib. Elnur isə buna qarşılıq verərək Arzunun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralıların hər ikisi təcili xəstəxanaya çatdırılıb.

Elnurun vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilib. Bacıoğlu Arzunun vəziyyəti orta-ağırdır.


***01:12

Gəncə. 28 yanvar. REPORT.AZ/ Gəncə şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu dayısı tərəfindən bıçaqlanıb.

Yaralı əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Eyni zamanda hadisə zamanı daha bir nəfər - 1989-cu il təvəllüdlü İsmayılov Elnur Arzu oğlu da bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi