Gəncədə avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hadisə
  • 20 oktyabr, 2022
  • 18:41
Gəncədə avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Gəncədə yaşlı qadını avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1952-ci il təvəllüdlü S.Məmmədova yolu qarşı tərəfə keçərkən minik avtomobili onu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.