Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB

Hadisə
  • 07 fevral, 2023
  • 05:50
Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB

Gəncə şəhərində piyadanın ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 5-də "VAZ 21011" markalı avtomobil ilə şəhər ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan, şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

00:42

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.

Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.