Gəncədə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Hadisə
- 15 may, 2024
- 04:18
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Son xəbərlər
16:56
BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - YENİLƏNİB
Region16:35
BMT-də Azərbaycanın iqlim və şəhərsalma gündəlikləri ilə bağlı təcrübəsi qabardılıb
Xarici siyasət16:29
ABŞ-nin hücumları nəticəsində İranda ölən və yaralananların sayı artıb
Region16:18
Foto
Nyu-Yorkda Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Xarici siyasət16:10
Rusiyanın Xarkova hücumu nəticəsində üç nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr16:03
Qayanada göyərtəsində 116 nəfər olan gəmi qəzaya uğrayıb
Digər ölkələr15:47
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb
Region15:35
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 900-ə çatıb
Digər ölkələr15:21