Gəncədə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Hadisə
- 15 may, 2024
- 04:18
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Son xəbərlər
16:17
İran XİN: Tramp zərbələrin təxirə salınması barədə bəyanatları ilə vaxt qazanmaq istəyir
Region16:08
İsrail Ordusu Tehrandakı hökumət obyektlərinə zərbələr endirir
Digər ölkələr16:07
Emin Kürdov: "Mövsümün əvvəlində itirilən xallar bu gün bizə baha başa gəlir"
Futbol16:03
Azərbaycanda 2 ayda istehsal edilmiş tikinti qumunun həcmi açıqlanıb
Sənaye15:50
Azərbaycan Ordusunun PUA-ları ilə Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək
Hərbi15:48
Türkiyə klubunun daha 6 xalı silinib
Futbol15:45
Axtarışda olan 13 nəfər ötən gün saxlanılıb
Hadisə15:30
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Xarici siyasət15:29