Havanın isti keçməsi ilə əlaqədar xüsusən həftəsonları vətəndaşlarımızın asudə vaxtlarını, istirahətlərini tam təhlükəsiz formada təmin edilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin təsdiq etdiyi xüsusi plana əsasən mərkəzi küçə və prospektlərlə yanaşı əhalinin dəniz kənarı ərazilərdə yerləşən istirahət və əyləncə məqsədli obyektlərə üz tutanların əhəmiyyətli dərəcədə artdığını nəzərə alıb yollarda nəqliyyatın fasiləsizliyini və təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş qaydadə xidmət təşkil olunur.
Bu barədə "Report"a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Ötən gecə tək Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının xidməti ərazisində keçirdiyi tədbirlər zamanı 1 sərxoş sürücü, 2 sürücülük hüququ olmayan, 4 etibarnaməsiz, 13 yük avtomobili (şəhərə vaxtsız girməyə cəhd edən) və bir qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib.
Nəzarət-profilaktik tədbirlər bütünlükdə paytaxt ərazisini əhatə edir.