FHN rəsmisi: “Diqlas”da yanğın tam söndürülüb, yaxın günlərdə söküntü işlərinə başlanılacaq” - YENİLƏNİB

FHN rəsmisi: “Diqlas”da yanğın tam söndürülüb, yaxın günlərdə söküntü işlərinə başlanılacaq” - YENİLƏNİB Diqlas Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq.
Hadisə
27 Mart , 2019 10:53
FHN rəsmisi: “Diqlas”da yanğın tam söndürülüb, yaxın günlərdə söküntü işlərinə başlanılacaq” - YENİLƏNİB
Report/ Elchin Murad

"Diqlas" Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq".

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: "Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır".


*** 10:24

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. 

Son xəbərlər

Orphus sistemi