DİN təcili yardıma yalandan zəng vuranlara xəbərdarlıq edib

DİN təcili yardıma yalandan zəng vuranlara xəbərdarlıq edib "Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır".
Hadisə
19 May , 2022 12:52
DİN təcili yardıma yalandan zəng vuranlara xəbərdarlıq edib
Elşad Hacıyev

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır".

Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir", - DİN rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi