DİN: "Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb"

DİN: "Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb" Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.
Hadisə
28 İyul , 2021 12:47
DİN: Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb
0 : 00
0 : 00

Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə mane olublar.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib.

Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib.

Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi