DİN Bəhram Bağırzadənin yumoristik paylaşımına münasibət bildirib

DİN Bəhram Bağırzadənin yumoristik paylaşımına münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.
Hadisə
13 Yanvar , 2022 13:05
DİN Bəhram Bağırzadənin yumoristik paylaşımına münasibət bildirib
Bəhram Bağırzadə

Daxili İşlər Nazirliyi (DİN) əməkdar artist Bəhram Bağırzadənin DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı yumoristik paylaşımına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, B.Bağırzadənin hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir.

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”, - şöbə rəisi vurğulayıb.

Qeyd edək ki, əməkdar artist B.Bağırzadə DİN tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım etmişdi. O, videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini söyləyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.

Son xəbərlər

Orphus sistemi