Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"un Muğan bürosuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Cəlilabad sakinini əqrəb sancıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.
Xəstənin dediyinə görə, onu əqrəb sancıb.