Cəbrayılda minaların partlayış yolu ilə zərərsizləşdirilməsi icra olunub - YENİLƏNİB

Cəbrayılda minaların partlayış yolu ilə zərərsizləşdirilməsi icra olunub - YENİLƏNİB Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İş
Hadisə
16 Avqust , 2024 11:52
Cəbrayılda minaların partlayış yolu ilə zərərsizləşdirilməsi icra olunub - YENİLƏNİB

Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində aşkar olunmuş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyat yolu ilə icra olunub.

Bu barədə "Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşı xəbər verir.

11:13

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib.

"Report"un Cəbrayıla ezam edilmiş əməkdaşı xəbər verir ki, tanışlıq çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilər barədə məlumat verilib.

Qeyd edək ki, avqustun 16-da Laçın şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi