Cəbrayılda sursat partlayışı olub, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var
Hadisə
- 21 iyun, 2024
- 07:23
İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
"Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.
Son xəbərlər
05:22
Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırılıb
Digər ölkələr04:49
"Betis" rəsmisi "Real" üzərində qələbəni layiqli hesab edib
Futbol04:16
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
Region03:42
ABŞ hərbçiləri İranın 94 kommersiya gəmisinin istiqamətini dəyişib
Digər ölkələr03:17
Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər
Digər ölkələr02:56
Azərbaycanın tanınmış rejissoru vəfat edib
İncəsənət02:44
"Fiorentina" Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb
Futbol02:16
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub
Ekologiya01:50