Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Digər ölkələr
  • 25 oktyabr, 2026
  • 10:52
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

İspaniyanın Barselona şəhərində yanğınlar, dağıntılar və polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb.

"Report"un EFE agentliyinə istinadən verdiyi məlumata görə, iğtişaşlar oktyabrın 24-ü axşam saatlarında sosial şəbəkələr vasitəsilə təşkil edilən aksiyaya yüzlərlə gəncin qatılmasından sonra başlayıb.

Əksəriyyəti qara geyimdə olan aksiya iştirakçıları barrikadalar qurub, yanğınlar törədib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar.

Kataloniyanın daxili işlər departamentinin rəhbəri Nuria Parlón hadisələri pisləyib. Onun sözlərinə görə, iğtişaşlarda təxminən 500 nəfər iştirak edib, 14 obyektə ziyan dəyib.

Regional qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, saxlanılanların təxminən 25 faizi yetkinlik yaşına çatmayanlar ola bilər.

Kataloniyanın Daxili İşlər Departamenti hadisələrin bir sıra Avropa şəhərlərində keçirilən etiraz aksiyaları ilə əlaqəli ola biləcəyini də istisna etmir.

"El Mundo" qəzetinin məlumatına görə, toqquşmalar zamanı təxminən 10 polis əməkdaşı xəsarət alıb.

44 filmi