Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
25 Yanvar , 2025 19:27
Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. Bıçaqlanan V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi