Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 17:14
Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb

Pakistanın şimal-qərbindəki Kohat şəhərində patrul dəstəsinə hücum nəticəsində ən azı 12 polis əməkdaşı yaralanıb.

Bu barədə Report DAWN-a istinadən xəbər verir.

Məlumata görə, hücum cinayətkar ünsürlərin iştirakı ilə qeyri-qanuni faydalı qazıntı hasilatına qarşı mübarizə əməliyyatı zamanı baş verib.

Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində bildirib ki, polis dəstəsi atəşə məruz qalıb, bundan sonra 12 əməkdaş xəstəxanaya çatdırılıb.

Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün həlak olanlar barədə dəqiq məlumat daha sonra təqdim ediləcək.