Bakının 3 rayonunda 14 000 pirotexniki vasitə aşkarlanıb

Hadisə
  • 27 dekabr, 2022
  • 09:46
Bakının 3 rayonunda 14 000 pirotexniki vasitə aşkarlanıb

Polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14000 artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, satışı təşkil edən şəxslər məsuliyyətə cəlb edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.