"Lake Hotel"in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB 2

Hadisə
  • 21 noyabr, 2025
  • 15:11
Lake Hotelin 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB 2

"Lake Hotel"də elektrik cərəyanı vuran 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

"Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, hadisə adıçəkilən şəxslərin qeyd olunan hotelin qarsısında iş görən zaman baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda restoranın dörd nəfər əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.

Hadisə nəticəsində 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradov, 19 yaşlı Eltac Əliyev elektrik cərəyanı vuraraq ölüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk olaraq "qafqazinfo" saytı məlumat yayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti