Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Amin Kazımov, xuliqanlıqda ittiham olunan Ozal Həsənov və İnsan Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
20 Dekabr , 2018 12:17
Bakıda maşın yuyulması üstündə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Amin Kazımov, xuliqanlıqda ittiham olunan Ozal Həsənovİnsan Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən posesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Kazımov 18 il, digər iki şəxsin hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 4-də Bakının Nizami rayonu Qara Qarayev prospektində baş verib. A.Kazımov kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

Cinayəti törədən A.Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.

Məlumata görə, A.Kazımov Y.Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib.

Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

İstintaq dövründə məlum olub ki, hadisə zamanı O.Həsənovla, İ.Həsənov da orada olub. Həmin şəzslərin barəsində xuliqanlıq maddəti ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi