Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatı məlum olub

Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatı məlum olub Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.
Hadisə
13 Fevral , 2022 10:20
Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatı məlum olub

Bakıda polis əməkdaşlarının bıçaqlanmasının təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, dünən saat 17:00 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb.

Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedib. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.

Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2022-02-13 01:21

Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi