Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Hadisə
  • 31 oktyabr, 2019
  • 21:08
Bakıda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Bakıda avtomobillə avtobus toqquşub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 131 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə zamanı "VAZ-2106"-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər - 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılar isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.