Bakıda “Milli Ön” ödəmə terminalı oğurlanıb

Hadisə
  • 08 oktyabr, 2022
  • 06:30
Bakıda “Milli Ön” ödəmə terminalı oğurlanıb

Bakıda “Milli Ön” ödəmə terminalı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5405 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.