Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxsə hökm oxunub

Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxsə hökm oxunub Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynova hökm oxunub və o, 6 ay müddətinə azadlıqdfan məhrum edilib.
Hadisə
301
5 May , 2022 10:46
Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxsə hökm oxunub

Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynova hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report”un məlumatın görə, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosedə elan olunub.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi